Odlar Yurdu Azərbaycanda keçirilən Dünya azərbaycanlılarının birinci qurultayında iştirak etmək şərəfi mənə də nəsib olub (9 – 10 noyabr 2001 – ci il). Əbədi siyasi lider cənab Heydər Əliyevin qurultayındakı möhtəşəm nitqindən bir parçanı sizə xatırlatmaq istəyirəm: “Mən sizə müraciət edirəm, azərbaycanlı həmvətənlərimiz, iş adamlarımız! Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!”.
Şair Gülağa Tənhanın sözlərinə bəstələnmiş Muğam Konserti
Tarix: 3.11.2010
Şair Gülağa Tənhanın sözlərinə bəstələnmiş Muğam Konsertinə hazırlıq davam edir.Muğam ustaları konsertə qatılmaq üçün aşağıda verilən qəzəllər toplusundan istifadə edə bilərlər.